Adı “Real Madrid” transferləri xəbərlərində hallanan PSJ-nin ulduzu Neymar bu xəbələrə münasibət bildirib.

Minval.info xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu yalnız dünya kubokunu düşündüyünü vurğulayıb: “Hər transfer dönəmində eyni şeylərdən danışırıq. Hazırda transferlə bağlı danışmaq istəmirəm. Hər kəs PSJ-yə nə üçün gəldiyimi və hədəflərimi bilir. Hazırda dünya çempionatını düşünürəm. Həyatımı transfer mövzularından danışaraq keçirirəm. Bu isə cansıxıcı vəziyyətdir”.

Qeyd edək ki, uzun müddətdir, Neymarın hansı kluba keçəcəyi müzakirə edilir. Ancaq Paris klubunun prezidenti Nasser El-Xəlafi Neymarın komandada qalacağını açıqlayıb. 26 yaşlı futbolçu ötən yay 222 milyon avroya “Barselona”dan PSJ-yə transfer olub.