Futbolçu Neymarın azarkeşə yumruq atmasının səbəbi məlum olub - VÄ°DEONajila Trindad adlı qadına təcavüzdə günahlandırılan PSJ-nin hücumçusu Neymar növbəti dəfə polis idarəsinə gedərək, ifadə verib.

Qol.az xəbər verir ki, Rio-de-Jeneyro şəhərindəki polis bölmələrindən birinə çağırılan braziliyalı futbolçu yenidən sorğu-sual olunub. Bu dəfəki prosesin 5 saat davam etdiyi bildirilir.

Məsələ ilə bağlı açıqlama verən Neymarın vəkili Flavia Merlini oyunçunun ittihamları rədd etdiyini və bütün suallara cavab verdiyini bildirib. O, həqiqətən, gec-tez üzə çıxacağını söyləyib.

Qeyd edək ki, Neymarın mayın 15-də Parisdəki otellərin birində Najila adlı modelə təcavüz etdiyi iddia olunur.