Nəsli tükənməkdə olan qəbilə

Amazon meşələrinin dərinliklərində yaşayan Ava qəbiləsinin nəsli tükənmək üzrədir.

“Ölkə.Az” xəbər verir ki, qəbilə üzvləri tarixdən silinməyə o qədər yaxındırlar ki, müasir dünyadan uzaqda və təhlükəsizlikdə qalmağa çalışırlar. Ava qəbiləsi meşənin təbii ehtiyatlarına güvənir.

Müasir dünyanın çox az insanı bu qəbilə ilə tanış olmaq şansı əldə edir. Fotoqraf Çarli Hemilton Ceyms Ava qəbiləsi ilə tanış olub və ərazidə vaxt keçirib. Fotolar “National Geography” jurnalında yayımlanıb.

Ava qəbiləsi Braziliyanın Maranhao vilayətində yaşayır. Qəbilə üzvləri çayda tısbağalarla birlikdə yuyunurlar. Zirehli armadildən yemək hazırlayırlar. Onlar bu heyvanları ox və yayla ovlayırlar.

Bəzi qəbilə üzvləri bir neçə vəhşi heyvanı əhilləşdirir. Qadınlar isə heyvanlar böyüyənə qədər onları əmizdirirlər.

Minval.İnfo