Mәrkәzi Neftçilәr Xәstәxanasının (MNX) baş direktoru Hikmәt Hәsәnov işdәn çıxıb.

Minval.info xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, o, öz xahişi ilə işdən azad edilib. Hələlik bu vəzifəyə kimin təyin ediləcəyi bilinmir.

Qeyd edək ki, H.Həsənov cari ilin fevralında MNX-nın baş direktoru vəzifəsinə tәyin edilmişdi.