“Neftçi” daha bir futbolçu transfer edib.

Apasport.az saytının məlumatına görə, komanda xorvatiyalı yarımmüdafiəçi Qoran Paratski ilə müqavilə imzalayıb.

31 yaşlı yarımmüdafiəçi növbəti mövsümün sonuna qədər “Neftçi”nin heyətində olacaq. Yeni futbolçu 6 nömrəli forma ilə mübarizə aparacaq.

Qeyd edək ki, Qoran Paratskinin son klubu Avstraliyanın “Vellinqton Feniks” klubu olub. Ölkəsinin gənclər yığmalarında forma geyinib.