“Neftçi” “Bney Yehuda” ilə matçda şanslı hesab olunurAvropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Bney Yehuda” (İsrail) – “Neftçi” (Azərbaycan) oyununun əmsalları açıqlanıb.

APA-nın məlumatına görə, bukmeker kontorları Bakı klubunu şanslı sayırlar.

Petah Tikvada “Ha Moşava” stadionunda bu gün baş tutacaq matçda “Neftçi”nin qələbəsi 2,46, məğlubiyyəti 2,85 əmsaldır. Matçda heç-heçəyə 3,42 əmsal verilib.

Qeyd edək ki, qarşılaşma saat 21:00-da başlayacaq. İlk görüşdə isə 2:2 hesabı ilə başa çatıb.