Xalq artisti Nazpəri Dostəliyeva ilə qardaşı qızı Pərvanə Dostəliyeva arasında qalmaqal böyüyür.

Open.az xəbər verir ki, P.Dostəliyeva anasının təcavüzə uğraması haqda yeni faktların üstünü açıb.

“Anamı əxlaqsız qadın kimi qələmə veribsiz. Guya bir qadınla tanış olub, hotelə aparıb. Niyə demirsən qardaşın 9 may bayramından çıxandan sonra anama “Volçiy Vorota” qəbiristanlıqda təcavüz eləyib. Məhkəmədə biabıqçılıqla soyadım üçün imza çəkib. Məni hamilə anamın qarnında öldürmək üçün 3 ay öz evinizə saxladınız. Namussuzlar, adınızı təmizləyə bilməyəcəksiniz. Anamın təmiz həyatını kirlətdiniz”, – deyə o, bildirib.

Qeyd edək ki, Pərvanə 6 yaşında atası tərəfindən Zeynəb Dostəliyevanın evində təcavüzə məruz qaldığını açıqlayıb. N.Dostəliyeva ötən gün açıqlama verərək, onun qardaşının qeyri-qanuni övladı və gənclik səhvi olduğunu bildirib.