Xalq artisti Nazpəri Dostəliyeva fəlsəfə doktoru elmi adı ilə təltif olunub.

Minval.info xəbər verir ki, müğənninin “Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub.

Bu barədə Xalq artisti məlumat verib və ürək sözlərini sosial şəbəkədəki izləyiciləri ilə bölüşüb:

“Mənim uğurlarım sizin sevginizdən yaranır. Sənət, ədəbiyyat, nəfəs də sevgidən doğulur”.

Minval.info