Oqtay Şirəliyev əmr verdi

kademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəli oğlu Baxşəliyev öz xahişi ilə tutduğu vəzifəsindən azad edilib.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Minval.info-ya verilən məlumata görə, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.

Əmrə əsasən, o, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən çıxıb.

Daha bir əmrlə Dadaşova Gülnaz Mahir qızı Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin edilib.

 

Minval.info