Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) yeni təyinat olub.

“Qafqazinfo” xəbər verir ki, Mürsəl Əliyev Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Bu təyinata qədər M. Əliyev ETSN-nin Mineral Xammal Analitik Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, Mineral Xammal Elmi Tədqiqat İnstitutunun direktoru və Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru vəzifələrində çalışıb.

Mürsəl Əliyev 90-dan artıq elmi əsərin, 6 kitabın, 4 dərs vəsaitinin, 2 metodik vəsaitin və 3 ixtiranın müəllifidir.