Azərbaycanda əmək pensiyaçılarının sayı açıqlandıQurban bayramı münasibətilə avqust ayı üzrə bütün növ pensiyaların maliyyələşdirilməsi artıq başa çatdırılıb.

Dövlət Sosial Müdafiə Fondundan “minval.info”-ya verilən məlumata görə, avqust ayı üzrə pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsi təmin edilib.

Fond avqust ayının 9-da Naxçıvan MR, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, 10-da respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar, 15-də respublikanın digər rayonları üzrə pensiyaların maliyyələşdirilməsini təmin edib.

Eyni zamanda, avqustun 16-da hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan əmək pensiyaçılarının pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb.

Pensiyaların maliyyə təminatı üçün  tələb olunan maliyyə vəsaitlərinin Fondun orqanlarının xəzinə hesablarına köçürülməsi tam təmin olunub.