Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bu günün sonuna Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı açıqlama yayıb.

Oktyabrın 17-də yarımadada buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı, axşama doğru yağışın tədricən kəsiləcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gündüz 18-20, axşam 15 dərəcə isti təşkil edəcək.