Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev nazirliyin ekoloji təbliğat sektorunun müdiri Umayra Tağıyevaya yeni vəzifə verib.

Unikal.org-un məlumatına görə, U. Tağıyeva Milli Hidrometereologiya Departamentinin direktoru təyin olunub.

Qeyd edək ki, xanım Tağıyeva 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra Nazirliyin Milli Hidrometereologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bürosunun direktoru, 2007-2009-cu illərdə Milli Hidrometereologiya Departamentinin direktor müavini, sonra Hidrometereoloji Proqnozlar Bürosunun direktoru vəzifəsində çalışıb.

Xəbəri Ekologiya və Təbii Sərvətlər Nazirliyindən təsdiqləyiblər.