Təhsil nazirinə yeni müşavir təyin olunub.

Minval.info Trend-ə istinadən xəbər verir ki, nazirin yeni müşaviri Elnur Məmmədovdur.

O, müxtəlif illərdə Vergilər Nazirliyinin aparatında (şöbə rəisi), özəl hüquq şirkətində, ölkə iqtisadiyyatının real sektorunda fəaliyyət göstərən iri investisiyalı müəssisələrdə baş direktorun müavini, direktorlar şurasının üzvü və sədri vəzifələrində çalışıb.