Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini İlqar Rəhimov vəzifəsindən azad edilib.

Minval.info unikal.org-a istinadən xəbər verir ki, İlqar Rəhimov 10 gündür tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, bu ilin oktyabrın 31-də Prezident İlham Əliyev Natiq Məmmədovun Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Natiq Nəsir oğlu Məmmədov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamları ilə Vüsal Zakir oğlu Nəsirli və Anar Rəhim oğlu Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin olunublar.

Mia.az xəbər verir ki, İlqar Rəhimovun işdən çıxarılması ilə bağlı sərəncam elan olunmasa da, hazırda nazirliyin saytında nazir müavinləri sırasında onun adı yoxdur. Görünən odur ki, Prezidentin sərəncamı ilə təyin olunan iki müavindən biri İ.Rəhimovun yerinə gətirilib.

Xatırladaq ki, İlqar Rəhimov 20 ilə yaxındır ki, bu vəzifədə çalışırdı.