2017-2018-ci ildə Bakıda 10 təhsil müəssisinin rəhbəri vəzifəsindən azad olunub.

Oxu.Az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında bildirib.

Onun sözlərinə görə, aparılan monitorinqlər nəticəsində işində verdiyi nöqsanlara görə bəzi əməkdaşlar vəzifəsindən uzaqlaşdırılıb:

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bir əməkdaşı, 10 təhsil müəssisəsinin rəhbəri, 20 direktor müavini, doqquz müəllim, bir kitabxana müdiri işindən azad edilib. Bununla yanaşı, Bakı Şəhəri üzrə Təhsil idarəsinin iki əməkdaşı, 18 təhsil müəssisəsi rəhbəri, 32 direktor müavini, 54 müəllim, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin struktur bölmələrinin altı əməkdaşı intizam məsuliyyətinə cəlb edilib”.

Nazir müavini qeyd edib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin struktur bölmələrinin 30 əməkdaşı, 27 təhsil müəssisnin rəhbəri, 11 direktor müavini, 40 müəllimə xəbərdarlıq edilib:

“Görülmüş tədbirlər nəticəsində 58474 manat məbləğində vəsiaitin dövblət büdcəsinə qaytarılması təmin edilib”.