Dünya şöhrətli şair Nazim Hikmətin oğlu vəfat edib.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, rəssam Mehmet Nazım 67 yaşında Fransada dünyasını dəyişib.

Onun ölüm xəbərini yaxın dostu, rəssam Utku Varlık verib.

“Mehmet Nazımı itirdik. Yavaş-yavaş uzaqlaşırıq”, – Utku Varlık sosial şəbəkədə qeyd edib.

Qeyd edək ki, Mehmet 1951-ci ildə, Nazımın Münevver Andaçla münasibətindən dünyaya gəlib