Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bodrumda istirahət edir.

Cangüdənləri ilə dənizə girən Nazarbayev 75 dəqiqə suda üzüb. Qaldığı otelin sahilində yürüş edən prezidentin cangüdən ordusu ilə gəzməsi diqqətdən yayınmayıb. Bodruma 2 gün əvvəl xüsusi yaxta ilə yollanan 75 yaşlı Nazarbayev onu tanıyanlarla salamlaşaraq fotolar çəkilməsinə icazə verib.

Prezidentin 4-5 gün sonra yunan adalarına səyahət edəcəyi, daha sonra isə yenidən Bodruma qayıdacağı öyrənilib. O, 2 həftə istirahətdən sonra ölkəsinə dönəcək. (qafqazinfo)