İranlı narkobaron Naci Şərif Zindaşti və üç adamı cümə günü axşam təxliyə edilib.

Prokurorun etirazından sonra həbs qərarı verilsə də təqsirkar şəxslər tapılmayıb.

Minval.info xəbər verir ki, cinayət və narkotik qaçaqçılığı ittihamları ilə cinayət işi başladılan və ABŞ Konsulluğu əməkdaşı Mətin Topuz ilə əlaqələri olan Zindişt və 3 adamı prokurorun etirazından sonra axtarışa verilib.

Oktyabrın 19-u Zindaştinin vəkili onunla bağlı məhkəməyə müraciət edib. Müraciəti dəyərləndirən hakim təqsirləndirilən şəxslər barəsində təxliyə qərarı verib.

Təqsirləndirilən şəxslər gecə saat 23:00 radələrində Silivridəki cəzaçəkmə müsəssisəsindən çıxıblar. Prokuror Ercan Devrim qərara etirazını bildirib. Cinayət işinə təkrar baxan, İstanbul 6-cı Sülh Cəza Hakimi həbs qərarı verib.

Axtarışa verilən şəxslərin qeyri-qanuni yollarla ölkə xaricinə qaçdığı güman edilir.

Minval.info