“Laləli saray” serialının Aydanı, aktrisa Nara Jasmin qalmaqallı açıqlama verib.

Minval.İnfo xəbər verir ki, Musavat.com saytına danışan aktrisa dəniz məhsullarını reklam edən tanınmışları tənqid atəşinə tutub: “Çalışdığım qədər az reklam paylaşıram. Iyrənc reklamlar etmirəm. Ömür boyu krevetka reklam etmərəm. Mənə 50 nəfər zəng edib ki, krevetka, dəniz məhsulları göndərək. Amma razı olmamışam. Yazırlar ki, gəlin, restoranımızda yeyib-için. Başa düşmürlər ki, mənim onların yeməyinə ehtiyacım yoxdur. Qida reklam etməyi sevmirəm. Bu cür reklamlar ayıbdır. 20-30 manat verib krevetka almırlar, reklam qarşılığı gətizdirirlər. Ayıbdır. Dəyərli nə isə reklam edərəm. Geyim mağazasını, kosmetikaları reklam edirəm. Keyfiyyətinə əmin olmadığım məhsulu reklam etmərəm. 100-200 manata görə camaatı zəhərləmərəm”.