“Napoli”nin baş məşqçisi Karlo Ançelotti “Real”ın futbolçusu Xames Rodriqesi transfer etmək istədiklərini təsdiqləyib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o, kolumbiyalı yarımmüdafiəçini komandada görməyi çox istədiyini söyləyib. Ançelotti Madrid klubundan cavab gözlədiklərini söyləyib:”Amma hazırda o, “Napoli”nin oyunçusu deyil, bəlkə heç bir zaman olmayacaq, bəlkə də bir gün olacaq. Bu, mənə bağlı deyil. “Real”ın qərar verməsini gözləyəcəm”.

Qeyd edək ki, ötən mövsüm icarə əsasında “Bavariya”da oynayan Xames 28 matçda 7 qol vurub, 6 qolun ötürməsini verib.