Müğənni Nadir Qafarzadə efirdə etdiyi hərəkətlərə görə tənqid olunub.

Minval.info musavat.com-a istinadən xəbər verir ki, ifaçı “Dalğa” TV-də yayımlanan “Gün ortası Zümrüdlə” verilişinə qonaq olub.

O, yoqa müəlliminin təlimatlarını yerinə yetirərkən başı üstə dayanıb. Sözügedən görüntülər sosial şəbəkədə yayılıb.

Şəbəkə istifadəçiləri ifaçının bu addımın ona yaraşmadığını bildiriblər.