İnsanlar qədim zamanlardan dünya, təbiət və kainatla maraqlanıb. Özlərinə dünya haqqında suallar verib və ixtiralar ediblər. İnsanlar üçün ən sensasiyalı olan isə elmdə bilinməyənləri alimlər tərəfindən aşkara çıxartmaq olub.

Minval.info tarixə adını qızıl hərflərlə yazdıran və etdiyi ixtiralarla müasir dövrdə insanların həyatını asanlaşdıran elm adamlarını sizə təqdim edir:

Nikola Telsa (1856-1943)

Əslən serb olan fizikin ixtiraları müasir dövrdə hələ də araşdırılır. Əvvəllər Tomas Edinsonun yanında köməkçi olaraq işləyən Tesla, daha sonra onun şirkətində işləməkdən vaz keçib, sərbəst şəkildə fəaliyyətinə davam edib. Bu gün istifadə edilən fluoressensiya, radar sistemi, maqnit rezonan tomoqrafiya (MRT) Teslanın kəşfləridir. Bundan əlavə Nikola Tesla ilk dəfə süni şimşək çaxdıra bilib. Edinsonun ixtira etdiyi birbaşa elektrik axınından sonra Tesla alternativ axını kəşf edib. Bu kəşf sayəsində elektriki kabelsiz yaymaq mümkün olub. Günümüzdə alternativ elektrik axını çox yaxın məsafədən yüksək texnologiya vasitəsilə mümkün olsa da, Nikola bunu əlində olan az imkanlarla bacarıb. Bundan əlavə Tesla 700-ə yaxın kəşfin patentinə sahib olsa da, maddi imkansızlıq səbəbindən onların satmalı olub.

İsak Nyuton (1642-1727)

Başına alma düşməsiylə məşhur olan ingilis alim, “ümumdünya cazibə qüvvəsi” nəzəriyyəsini kəşf edib. Müasir dövrdə “Nyuton qanunları” adı ilə bilinən nəzəriyyələr sayəsində cismlərin hərəkətlərini hesablamağa, öncədən təxmin edə bilmək imkanlarına sahibik.

Otto Hamn (1879-1968)

Otto Hamn Nobel mükafatına layiq körülən kimyaçıdır. Protaktinium (Pa) elementini kəşf edib və bu kimyavi element dünya üzərində ən nadir tapılan və pahalı elemtlər arasındadır. Kompyuter sisteminin bu günkü inkişafına səbəbkarı ola Otto Hamn, eyni zamanda proqramçı və aktivist olub. “Free Software Foundation” şirkətinin qurucusudur. Bndan əlavə “Linux” əməliyyat sisteminin banisidir.

Maykl Faraday (1867-1971)

Dünyanın ən tanınmış elm insanlarından biri olan Faraday xloru ilk dəfə maye halına salıb və elektrik motorunu ixtira edib. Onun zamanında maqnit qüvvəsinin nə olduğu, yəni kompasın necə işlədiyi bilinmirdi. Maykl ilk dəfə maqnit qüvvəsini kəşf etsə də, riyazi düsturunu tapa bilmədiyindən öz dövründə ona inanmayıblar. Lakin daha sonra Ceyms Maksvel tərəfindən Faradayın nəzəriyyələri əsasında maqnit qüvvəsinin riyazi düsturu kəşf olunub. Bundan əlavə, elmdə adlarına rast gəldiyimiz “elektron”, “elektroid”, “ion” , “katon” və s. başqa terminlər Maykl Faradayın adı ilə bağlıdır.

Qalileo Qaliley (1564-1642)

Orta əsrlərin elm anlayışına aid inqilabi kəşflər edən Qalileyi modern elmi yanaşmanın atası adlandırmaq olar. O dövrdə dünyanın kainatın mərkəzində yerləşdiyi, bütün səma cismlərinin dünya ətrafında döndüyünə aid inanc mövcud idi. Lakin italyan alim dünyanın və planetlərin Günəş ətrafında dövr etdiyini kəşf edib. Katolik kilsəsi tərəfindən fikirlərinə görə, aforoz edilən Qaliley daha sonra həbs olunub. Lakin o, dünya haqqında “hələ də fırlanır” deyərək fikrindən vaz keçməyib.

Çarlz Darvin (1809-1882)

Modern təkamül nəzəriyyəsinin banisidir. Darvin “Christ College”də din və elm üzərində araşdırmalar aparıb. O, canlıların orqanizmində olan incəliklər üzərində işləyib. Lakin daha sonralar kilsə ilə olan bağları qoparıb, canıların mənşəyi ilə bağlı daha dərindən araşdırmalar etməyə başlayıb. Çarlz Darvin canlılar üzərində olan DNT bağlarını və bununla “təbii seçki” nəzəriyyəsini kəşf edib. İlk dövrlərdə kilsə və dindarlar tərəfindən təzyiqə məruz qalsa da, təkamülün elmi həqiqət olaraq isbatlanmasından sonra elm aləminin ən vacib kəşflərindən biri olduğu ortaya qoyulub.

Albert Enşteyn (1879-1955)

Əslən yahudi olan Albertin “E=mc^2” düsturunu kəşf etdiyi zaman hələ 26 yaşı var idi. Albert Enşteyn maddənin əslində sıxlaşmış enerji oduğunu ortaya çıxarıb. Enşteynə görə, kainatda heç nə işıqdan daha sürətli ola bilməz. 1916-cı ildə yayımladığı məqalədə kainat və dünya ilə əlaqəli “Nyuton qanunları” nəzəriyyəsini inkişaf etdirib. Albert Enşteyn atom enerjisindən istifadənin təməllərini atıb və ən kiçik ölçülü maddə olan atomu parçalaya bilib.

Vüqar Mirzəbəy