Dünyanın bir çox ölkəsində cinayətkar qruplar dövlət qanunlarını heçə sayaraq öz qanunları ilə hökümranlıq etməyə çalışırlar.

Bu tip təşkilatlar minlərlə insanın ölümünə səbəb olub və indi də mafiyaların böyük bir qismi bu fəaliyyətlərinə dəvam etməkdədirlər.

Minval.İnfo bu məqalədə dünyanın ən təhlükəli mafia və kartellərindən bəhs edəcək.

Sicilya Maafiyası (Cosa Nostra)

İtaliyan kökənli bu mafiya ABŞ-da törtdikləri cinayət əməlləri ilə öz adından dəfələrlə bəhs etdirib. Xüsusilə Nyu-York şəhərində bu mafiyanın 20 000-dən çox üzvünün olduğu təxmin edilir. 20-ci əsrin ortalarında bu mafiya içki və siqaret alış-verişi sahəsində milyonlar qazanaraq özlərinin qızıl dönəmini keçiriblər.

 

Crips

Los Ancels şəhərinin küçələrində təməli qoyulan bu cinayətkar qrup Amerikada çox məşhurdur. Təxmini 30 minə yaxın üzvü olduğu deyilən qrupun digər cinayətkar qruplarla qanlı münaqişələr yaşadığı bilinəndir. Bu qrupun əzəli düşməni isə “Bloods” cinayətkar qrupudur. Bu qrupun üzvləri mavi rəngli paltarlar geyinmələri ilə tanınır.

 

Bloods

Yuxarıda qeyd etdiyimiz kimi bu cinayətkar şəbəkə “Crips”-in əsas düşmənidir. “Bloods” qrupunun 20 minə yaxın üzvü var. Təşkilat rəqiblərindən fərqlənmək üçün qırmızı rəng geyimlərə üstünlük verir. Kokain alveri şəbəkənin əsas gəliridir.

 

Primeiro Commando da Capital

“Primeiro Commando da Capital” Braziliyanın ən təhlükəli cinayətkar qruplaşmalarından biridir. Bu qruplaşmanın əsas xüsusiyyəti həbsxanalarda təşkilatlanmalarıdır. Qrup həbsxanalarda dəfələrlə kütləvi cinayətlər, qaçışlar həyata keçirmələri ilə məşhurlaşıb. 2012-ci ildə Braziliya polisləri ilə qrup üzvləri arasında münaqişələr zamanı 100-ə yaxın polis əməkdaşı öldürülüb.

Yakudza

Əsası 17-ci əsrdə qoyulmuş Yakudzanın fəaliyyət dairəsinə ölkəyə Avropa və Amerikadan senzurasız pornoqrafiya importu, insan alveri, reket və qanunsuz immiqrasiyanın təşkili aiddir. Çeçələ barmağının yoxluğu mafiya üzvü olmağın işarəsi sayılır. Yakudzanın yuxarı ranqında duran üzvlərinin bir çoxunun bədəni tamamilə tatuaj ilə örtülmüşdür. Hazırda cinayətkar qrupun 2.500 ailəni təmsil edən 110.000 fəal üzvü var.

18-ci küçənin qrupu (18th Street Gang)

Adında küçə qrupu sözü olmasına baxmayaraq bu cinayətkar qrup bütün Amerika qitəsi boyu yayılıb və fəaliyyət göstərir. Mərkəzi Amerikadan ABŞ-a insan və kokain alverinin əsas təminatçılarından biri də bu qruplaşmadır. Qruplaşmanın həbsxanalarda da fəaliyyəti böyükdür.

Aryan Qardaşlığı (Aryan Bratherhood)

Aryan qardaşlığı 1964-cü ildə San Quentin əyalət həbsxanasında yarandı.  Sayı digər qruplaşmalara görə az olsa da ABŞ  həbsxanalarındakı cinayətlərin 30 faizə yaxını bu qardaşlığın üzvləri tərəfindən törədilir

Tamerlan Mehdi

Minval.İnfo