Levandovski klubu tərk etmək istəyir

“Bavariya” ilə Çempionlar Liqasını qazana bilməyən polşalı ulduz futbolçu komandanı tərk etmək istəyir. Artıq onu istəyən klublar arasında “Real Madrid” və “Yuventus”-un da adları hallanır.

“Real Madrid” onu baş məşqçi gətirmək istəyir

Madrid klubu “Hoffenhaym”-ın baş məşqçisi Juliyan Nagelsmanı komandanın başına gətirmək istəyir. “Bild”-in xəbərinə görə 30 yaşlı istedadlı baş məşqçi “Real Madrid”-in bu təklifini geri çevirib.

Umtiti yeni müqavilə imzaladı

Son günlər adı “Mançester Yunayted” ilə hallanan müdafiəçi “Barselona” ilə yeni müqavilə imzalayıb. Müqaviləyə əsasən fransalı müdafiəçi 2023-cü ilə qədər komandada çıxış edəcək.

Braziliya millisinin baş məşqçisi Fredin transferinin tamamlanmasını istəyir

Brazilya millisinin baş məşqçisi Tite “Mançester Yunayted”-dən Fredin transferinin tez bir zamanda həll etməsini istəyib. O, futbolçusunun bütün diqqətini milliyə verə bilməməsindən narahatdır və buna görə “Mançester Yunayted”-in transferi bitirməsini gözləyir.

“Qalatasaray” Qomisin yanına başqa forvet gətirir

İl boyu demək olar tək hücumçu ilə davam edən “Qalatasaray” gələcək mövsüm Çempionlar Liqasını da fikirləşərək yeni bir forvet transfer etmək niyyətindədir. Komandanın əsas hədəfi “Lester Siti”-nin ikinci hücumçusu Əhməd Musadır. Ancaq cimbom bu transferdə ehtiyyatlı davranmağa çalışacaq. Belə ki, komanda UEFA-dan hər an transfer cəzası və başqa cəza ala bilər.

Şakiri “Qalatasaray”-ın təklifini fikirləşir

“Stok Siti” əsas liqadan düşdükdən sonra komanda da qalmayacağını açıqlayan isveçrəli ulduz əsas hədəfinin Premer Liqa klubları olduğunu açıqlayıb. Ancaq Şakiri başqa təkliflər haqda da düşünəcəyini bildirib.

Alisson “Real Madrid”-ə keçmək istəyir

İspaniyanın Marka qəzeti “Real Madrid”-in “Roma” klubunun qapıçısı Alisson Beker ilə maraqlandığını yazıb. Xəbərə görə Alisson ilə “Liverpul” da maraqlanır. Ancaq brazilyalı “Real Madrid”-ə keçməyə maraqlıdır.

Tamerlan Mehdi

Minval.İnfo