ABŞ-ın konsaltinq və analitik-informasiya şəbəkəsi olan “Kantar” WPP şirkəti ilə birgə Çinin ən nüfuzlu brednlərinin reytinqini dərc edib.

APA-Economics”in sözügedən reytinqə istinadən verdiyi məlumata görə, Çin brendlərinin gücü Yaponiya, Fransa və İspaniyada sürətlə artır. Hazırda müxtəlif sahələri əhatə edən Çin brendləri məhsulların keyfiyyətini artırmağa çalışır. Onlar müəyyən satış sistemi yaradıb, potensial müştərilərinin əhatəsini genişləndirmək üçün məhsulları Çindən xaricdə realizə edirlər.

Brendin gücü müəyyən brendin seçimində istehlakçının meylini əks etdirir və üç atributa malikdir – brendin əhəmiyyəti, digərlərindən fərqi və beynəlxalq arenada tanınması.

Çinin ən nüfuzlu brendlərinin reytinqi:

#

Brend

Brendin gücü

2018-ci ilə nisbətən dəyişiklik, %

1

Huawei

1 862

22

2

Lenovo

1 698

0

3

Alibaba

1 624

48

4

Xiaomi

1 068

41

5

ByteDance

878

0

6

Hisense

823

55

7

Haier

776

34

8

Air China

731

0

9

OnePlus

644

38

10

Anker

601

-1