Filippin respublikasının San Antoniyo adası sahilində uzunluğu 6 metrə yaxın olan tüklü bir varlıq tapılıb. Dalğaların sa

hilə vurub atdığı varlıq yerli əhalinin diqqətini çəkib.

Minval.İnfo xəbər verir ki, bu hadisədən sonra ölkəni baş verə biləcək təbii fəlakət qorxusu təşvişə salıb. Belə ki, bu tip hadisə birinci dəfə baş vermir və adətən okeandan nəhəng canlılar sahilə çıxdıqda bundan bir qədər sonra dəhşətli zəlzələ və ya vulkan, daşqın baş verir.