Dünyanın ən çox səyahət edən ölkə vətəndaşlarının “ilk 10-luğ”u açıqlanıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Mastercard” press-reliz yayımlayıb.

Açıqlanan məlumatlara görə, ən “gəzəyən” insanlar ABŞ vətəndaşlarıdır. Onların ən çox ziyarət etdikləri məkanlar isə Meksika, Kanada və İtaliyadır.

İkinci sırada Çin vətəndaşları qərarlaşıb. Asiyalılar ölkələrindən çox da uzaqlaşmağı sevmirlər. Belə ki, çinlilər əsasən Tayland və Yaponiya, daha sonra isə ABŞ-a üz tuturlar.

Üçüncü pillədəki almanların daha çox səfər etdikləri yerlər İtaliya, İspaniya və Avstriyadır.

Rusiya bu sıralamada doqquzuncu yerdə qərarlaşıb. Şimal qonşularımız ən çox Türkiyə, Tayland və Tunisə səyahət etməyi sevirlər.

“İlk 10-luq” isə aşağıdakı kimi formalaşıb.

Yer Ölkə Məkan 1 Məkan 2 Məkan 3
1 ABŞ Meksika Kanada İtaliya
2 Çin Tayland Yaponiya ABŞ
3 Almaniya İtaliya İspaniya Avstriya
4 Böyük Britaniya İspaniya ABŞ Hindistan
5 Fransa İspaniya ABŞ Böyük Britaniya
6 Cənubi Koreya Yaponiya Çin Vyetnam
7 Yaponiya ABŞ Çin Tayvan
8 Kanada ABŞ Meksika Hindistan
9 Rusiya Türkiyə Tayland Tunis
10 Tayvan Yaponiya Koreya Tayland