Amerikanın futbol klubu olan “Dallas Kovboys” dünyanın ən bahalı idman komandası seçilib.

Mnval.info facemark.az-a istinadən bildirir ki, bu barədə “Forbes” nəşri öz rəsmi saytında məlumat verib.

“Dallas” klubu artıq 3-il ard-arda birinciliyi saxlayır. Klubun dəyəri 4,8 milyard dollar qiymətləndirilib ki, bu da ötən illə müqayisədə 14%-lik artım deməkdir.

Siyahının ikinci pilləsində İngiltərənin “Mançester Yunayted” komandası qərarlaşıb. Klubun dəyəri “Forbes”in qiymətləndirməsinə görə 4,123 milyard dollardr. Üçüncü sırada isə 4,09 milyard dollarlıq dəyəri ilə “Madrid Real”ı qərarlaşıb. İlk dördlüyü isə “Barselona” komandası tamamlayıb. Klubun dəyəri 4,064 milyard dollardır.

İlk onluğa, həmçinin bu komandalar daxil olub. “Nyu-York Yankiz” (4 milyard dollar), “Nyu-England Potriots” (3,7 milyard dollar), “Nyu-York Niks” (3,6 milyard dollar), “Los-Anceles Leikers” (3,3 milyard dollar), “Nyu-York Cainents” (3,3 milyard dollar) və “Golden Steit Uorriorz” (3,1 milyard dollar).

Dünyanın 50 bahalı idman klubundan 29-u isə Milli Futbol Liqasını təmsil edir. 8 klub isə Milli Basketbol Assosiasiyasındandır. Futbol əsas 7 klub tərəfindən (Mançester Yunayted, Barselona, Mançester Siti, Arsenal, Çelsi) təmsil edilir. Siyahıda olan 6 komanda isə beysbolun əsas liqasında çıxış edir.