Sentyabr ayında övladlarının rus bölməsində təhsil almasını istəyən valideynlər həddindən çox idi. Maraqlısı isə budur ki, bu tendensiya getdikcə daha da artır.

“Uşaqlar bizim gələcəyimizdir” deyirik, ancaq bu uşaqların böyüyüb öz ana dilində səlis danışa bilməməsi ehtimalı belə gələcək üçün heç də xoş mənzərə yaratmır. Digər bir məsələ isə, bu uşaqlar öz ölkəsində təhsil alıb işə qəbul mərhələsinə gəldikdə, onlardan öz dilində səlis danışmaq yox, rus və digər dilləri bilmələri tələb olunur.

İnsan resursları üzrə mütəxəssis Kənan Rəhimov bildirir ki, hər hansı bir şəxs müştəri xidmətləri sahəsində çalışırsa və dil bilgisi həmin şəxsə vəzifə öhdəliklərini icra edən zaman gərək olmadığı halda, tələb olunarsa, bu, konstitusiyaya və əmək məcəlləsinə ziddir.

Kənan Rəhimov bu cür qeyri-qanuni tələblərin niyə qarşısının alınmaması məsələsinə də aydınlıq gətirdi.

Qeyd edək ki, rus dili müzakirəsi deputatlar arasında da səngimir. Kimi birmənalı olaraq ana dilində danışmağın əhəmiyyətli olduğunu, kimi də digər dillərdə təhsili və danışmağı anlayışla qarşıladıqlarını bildirirlər.

Baku TV-nin əməkdaşlarının hazırladığı süjeti təqdim edirik: