“Audi Club Azerbaijan”  Vətənimiz Azərbaycanın 18 oktyabr Müstəqillik gününün 27 – ci il dönümü şərəfinə lahiyə ərsəyə gətirib.

Minval.info xəbər verir ki, lahiyənin ideya müəllifi klub rəhbəri Şıxəliyev Osmandır. Çəkiliş iki dəfə olmaqla həm gecə, həm də gündüz aparılıb.

Klub üzvləri öz avtomobilləri ilə çəkilişdə iştirak edib.

Çəkilişdə ümumilikdə “Audi Club Azerbaijan”-nın 52 avtomobili iştirak edib.

Klub sonda gələcək videolarının azad olunmuş Qarabağ torpaqlarında ərsəyə gəlməsini arzulayıb.