Canlı efirlərdə çox hadisələr görmüşük.

Dəfələrlə davalar, gözlənilməyən hadisələr, söyüşlər… Bütün bunlar dünyanın hər yerində baş verir.

Görünən odur ki, bizim bəzi tanınmış simalar da digərlərindən geri qalmamaq üçün əllərindən gələni edirlər. Hərəkətlərinə, dedikləri sözlərə heç fikir vermir və ciddi yanaşmırlar. Onlar nəzərə almalıdırlar ki, efir qarşısında hər yaşdan olan izləyici var.

Minval.İnfo xəbər verir ki, efir mədəniyyətini unudanlar sırasına tanınmış aktyor Müşfiq Şahverdiyev də qatılıb. Belə ki, canlı yayımlanan verilişdə həmkarı Fərda Xudaverdiyevlə zarafat etmək istəyən Müşfiq, nalayiq sözlər işlədib.

Hərəkət və sözlərindən niyyəti bəlli olan aktyor, canlı efirdə və mikrofonun açıq olduğunu unudub. Bəlkə də, o, içkili olub. Çünki Müşfiqin hətta öz qala gecəsinə içkili gəlməsinin şahidi olmuşuq. Canlı efirə niyə içmədən çıxsın ki?

Daha ətraflı videoda:

Minval.İnfo