Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu vəzifəsindən azad olunub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bununla bağlı partiya başqanı Arif Hacılı sərəncam imzalayıb.

Buna səbəb T.Yaqublunun paralel olaraq Milli Şuranın üzvü olması göstərilib. Xatırladaq ki, Müsavat Partiyası həmin təşkilatdan 2013-cü ildə çıxıb.

T.Yaqublu məlumatı təsdiqləyib. Lakin o, vəzifəsindən azad olunmasının səbəbləri barədə danışmaq istəmədiyini bildirib.