Müsəlmanları təhqir etməsi xəbəri ilə gündəmə gələn Bəxtimşah Tağıyeva bununla bağlı açıqlama verib.

O, Minval.info-ya bildirib ki, 2002-ci ildə “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyini təsis edib. İndi isə təşkilatın sədrinin müavinidir. Yəni deməsinə görə, QHT sədri vəzifəsində çalışmır.

B.Tağıyeva narazılığa səbəb olan “İnananlar şərəfsizdir. Ərəb qul olmaq alçaq şərəfsizlikdir. İnsan azad olmalıdır” – şərhi barədə bunları deyib:

“Söhbət burada İslam dinindən, bu dinə inananlardan getmir. Müxtəlif məbləğlər hesabına qanunsuz dini təriqətlər, sektalar və xarici qüvvələrdən müəyyən məbləğ alıb xalq arasında nifaq, dini radikalizm, multikulturalizmə zidd olan dəyərləri yayan şəxslərdən gedir. Cümləni kontekstdən çıxaran və onu dinə inanan şəxslərə qarşı yönəltməyə çalışan jurnalist təbii ki, qərəzli yanaşır və bəlkə də müəyyən dairələrin əlində alətə çevrilib”.

QHT sədrinin müavini bildirib ki, əgər şərhdə yazdıqları kimlərinsə hisslərinə, inancına toxunubsa buna görə üzr istəyir:

“Məqsəd təbii ki, bu deyil idi. Ümumiyyətlə, multikultural, demokratik cəmiyyətdə hər kəsin söz və fikir azadlığı var. Bu azadlıqlar Konstitusiyada da yer alır (47-ci maddə). Ona görə də heç kim kiməsə nəyi yazıb yazmamağını göstəriş verməli deyil. Əgər şərhdə yazdıqlarım kimlərinsə hisslərinə, inancına toxunubsa buna görə üzr istəyirəm”.

status_19.05.18
sherh_19.05.18.jpg