Bu gün cənab Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən bir çox sənətkarlar və tanınmış incəsənət xadimləri müxtəlif fəxri adlara layiq görülüblər. Məlum olduğu kimi, onların arasında daha əvvəl Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adını daşıyan Murad Dadaşov da var. M. Dadaşov Azərbaycanın Xalq artisti adına layiq görülüb.
Minval.info xəbər verir ki, tanınmış aparıcı hər zaman sənət adamlarına göstərdiyi qayğı və diqqətə görə cənab prezindentimiz İlham Əliyevə dərin minnətdarlığını bildirib. Aldığı fəxri ada layiq görüldüyü üçün fərəh hissləri yaşayan M.Dadaşov prezidentə sonsuz təşəkkürlərini çatdırıb:
“Cənab Prezidentimiz İlham Əliyev hər zaman mədəniyyət sahəsində çalışan insanları, incəsənət aləminin nümayəndələrini xüsusi diqqətdə saxlayıb. O, Ulu Öndərimiz Heydər Əliyevin yolunu davam etdirərək, daim ölkəmizin hər sahəsinin olduğu kimi, mədəniyyət sahəsinin də inkişaf və tərəqqiyə doğru irəliləməsi üçün əlindən gələni edib və edir. Məni və əziz həmkarlarımızı, dəyərli sənətkarlarımızı fəxri adlara layiq bildiyi üçün bu gün inanılmaz qürur hissi keçirir və möhtərəm Prezidentimiz İlham Əliyevə sonsuz təşəkkürlərimi bildirirəm. Prezidentimizin mənə göstərdiyi bu etimad, dövlət tərəfindən mənə layiq görülən bu yüksək fəxri ad mənə həvalə olunan böyük məsuliyyət hissi deməkdir. Bu ada layiq ola bilmək üçün mən bundan sonra qarşıma daha böyük məqsədlər qoyacağam və gördüyüm hər bir işdə, ərsəyə gətirdiyim bütün layihə və işlərdə Azərbaycanın adını daha da yüksəklərə daşımaq və ölkəmizin uğurlarını daha da artırmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Var olsun cənab Prezident! Var olsun birinci xanım Mehriban Əliyeva! Var olsun Azərbaycan xalqı! Həmkarlarıma görə də ikiqat sevinc içində olduğumu bildirir və hamını təbrik edirəm!”