Müğənni-bəstəkar Murad Arif sənətçilərə müraciət edərək onlara “blok” xəbərdarlığı edib.

Minval.info xəbər verir ki, şou-biznes nümayəndəsi “Mash up” oxuyan həmkarlarına qadağa qoyub. M.Arif bunu anlayışla qarşılayacaqlarına inandığını bildirib:

“Hörmətli sənət dostlarım. Son zamanlar dəbə gəlmiş “Mash up” ənənələrinizə mənim repertuarımı daxil etməyi ağlınızdan keçirməyin. İnanıram ki, anlayışla qarşılayacaqsınız. Sonra “video niyə “Youtube”də “blok” edildi?” soruşmayın”.

Müğənni qeyd etdiyi qadağanın səbəblərini belə izah edib:

“Adətən, izinsiz edirlər. İstehsalat keyfiyyəti ürəyimcə olmalıdır. Bir “tema”nın hazırlanmasına, sevilməsinə, 15-20 min manat pul xərcləyirəm. Yoğurmadı, yapmadı, hazırca kökə tapdı məsəli. Gələcəkdə, istədiyim formada öz mahnılarıma özüm meqamix etməyi düşünürəm”.