Nobel Sülh mükafatı demək olar ki, hər il öz sahiblərinə keçirilən təntənəli tədbirdə təqdim olunur.

İnsanlarda belə bir sual orataya çıxa bilər ki, bu mükafat görəsən həmişə layiq olan insana verilir? Haqsızlıq, əməyin yerə vurulması, layiq olmayanın qələbəsi dünyanın istənilən yerində var. Əminik ki, sizi də oxuduqca ikrah dolu gülüş tutacaq.

İndi isə sizə Nobel Sülh mükafatına layıq olmayıb, lakin tutarsız səbəblərdən bu mükafatı alanları təqdim edəcəyik.

Minval.info xəbər verir ki, Alfred Nobelin adı ilə əlaqələndirilən Nobel Sülh mükafatı anlayışı beynəlxalq və qardaşlığı, silah və orduların azaldılması, sülh konqresləri təşkilinə ən çox əmək sərf edən şəxsə və ya təşkilata verilir.

–        Fritz Haber

Nobel tarixinə baxdığımızda müharibəyə dəstək verən insanların da bu mükafata layiq görüldüklərinin şahidi ola bilərik. Fritz də belə alimlərdən biridir. Belə ki, bu şəxs gübrə olaraq istifadə etmək üçün azot və hidrogendən amonyaq sintezi hazırlayan adamdır. Həmçinin Fritz 1-ci dünya müharibəsi tarixinə sənaye qırğınını yaradıcılarından biri kimi düşüb. Müharibə illərində xlorun üzərində işləyərək onu qırğın silahına çevirməyi bacarmışdır. Bu kəşf sayəsində isə 1915-ci ildə Belçikada 10 dəqiqə içərisində mindən çox əsgər həlak olmuşdur. Və nə hikmətdirsə, bu insana Nobel Sülh mükafatı verilib.

–        Kordel Hul

Amerikanın Xarici İşlər naziri olan bu siyasətçi dünya ticarətinin inkişafına öz tövhələrini verib. Yaşadığı qitədə xalqların barış bloqunu yaratdığı üçün Nobel Sülh mükafatına layiq görülsə də, sonrakı işi onun bu mükafata layiq olmadığını təsdiqlədi. Belə ki, Hul 1939-cu ildə müharibədən qaçıb buraya gəlmək istəyən min yəhudi ailəsini geri çevirdiyi üçün həmin bu ailələr Alman ordusunun əlinə keçib və hər biri öldürülüb.

 

–        Kofi Annan

Amerikanın 7-ci baş katibi Kofi Annan 2001-ci ildə bu mükafata layiq görülüb. Amerikanın verdiyi qərarlara görə, ən çox tənqid olunan siyasətçilərindəndir. 1993-cü ildə Ruandada baş verən qanlı hadisələrə səssiz qalaraq, 1 milyondan artıq insanın ölümüylə nəticələnən Ruanda soyqırımına imkan verdiyi, Serebrenika qətliamında 8 mindən çox müsəlmanın ölümünə səssiz qaldığı söylənilir. Bütün bunalardan sonra nəyə görə Sülh mükafatı alıb, hələ də müəmmadır.

–        Barak Obama

Və ən maraqlı qərarlardan biri də Nobel Sülh mükafatının hakimiyyətə gəlməsindən 12 gün sonra Barak Obamaya verilməsidir. Erkən gələn bu mükafat hətta Obamanın özünü belə təəccübləndirmişdi. Nobel komitə tərəfindən edilən açıqlamaya əsasən Obamanın Orta Şərqə sülh gətirələcəyinə inanmaları bu mükafatı ona vermələrinə əsas səbəb olub. Lakin sonrakı hadisələr Nobel Sülh komitəsinin “6-ci hissinin’ zəif olduğunu göstərdi. Belə ki, Barak Obamanın prezidentliyi dövründə Orta Şərq qan çanağına döndü.

Məleykə Ağasoy

Minval.info