Qalmaqallı çıxışları ilə gündəmə gələn müğənni Əli Mirəliyev maraqlı açıqlamalar verib.

Minval.info bildirir ki, “Səhər-səhər” verilişindən söz alan sənətçi bəzi həmkarlarının bostanına daş atıb. Onun sözlərinə görə, incəsənət aləmində olan bir çox müğənnilər həyatda səhvlərə yol verib. Amma Əli Mirəliyev onların adını çəkməyə ehtiyat edib.

“Onların meyitləri iki gün morqda qalıb. Birinci arvadı acıqla deyib, o baxacaq. İkinci arvadı da əksini söyləyib. Meyit orada yiyəsiz qalıb. Ad çəkmirəm, indi o sənətçilər həyatda yoxdur. Üstüörtülü deyirəm ki, kişinin arvadı, qadını, yoldaşı bir olmalıdır” – Əli Mirəliyev deyib.

Minval.info