Dövlət Yol polisi Yasamal rayonunda reyd keçirib.

Minval.info xəbər verir ki, reyd Mətbuat prospektində avtomobili qadağan olunmuş ərazilərdə park edən sürücülərə qarşı keçirilib.

Polisin ərazidə xidmət aparmasına baxmayaraq, bəzi sürücülər yollarını qısaltmaq üçün piyadaların həyatını təhlükəyə ataraq səki ilə hərəkət ediblər. Saxlanılan zaman sürücülərdən biri ərazinin səki olmasından xəbərsiz olduğunu deyib.

Səkidə avtomobilini saxlayanlar arasında müğənni Zenfira İbrahimova da olub.

Minval.info