Müğənni Yaşar Cəlilov ata olub. Minval.info xəbər verir ki, müğənni qız övladına anasının adını qoyub. Bu haqda sosial şəbəkədə ifaçının prodüseri Vüsalə Kərimova yazıb:
“Əzizim, dəyərlim səni təbrik edirəm. Ata adın mübarək. 10.08.2019-cu il artıq sənin taleyinə qızıl hərflərlə yazıldı, illərdir arzuladığın mələyi Allah bu gün sənə qovuşdurdu. Canından çox sevdiyin ananın adını daşıyacaq Aişə qızın bir ömür baş tacın olsun, ən əsası qızının bəxti gözəl olsun. Artıq çox məsuliyyətli bir ad daşıyırsan – qız atasısan. Çalış bundan belə yaşadığın həyatı elə yaşayasan, elə edəsən ki, etdiyin xırda bir səhvin bədəlini övladın daşımasın. Bu çox önəmlidir, Yaşar. Özünün də dediyin kimi, hər zaman gözəl qızın sənin həyatda ən dəyərlin, ən vazkeçilməzin. Amma sənin bu gözəl mələyə qovuşmağına vasitəçi olan sevib seçdiyin Nigarının da ömrünün sonunacan dəyərini bil. Allah sizi bir-birinizə daha sıx bağlasın, övladınızın hər gün necə böyüməsinə birgə sevinəsiz”.