Nərimanov Rayon Məhkəməsində tanınmış müğənniyə qarşı xuliqanlıq edən şəxslərin məhkəməsi başlayır.

Minval.İnfo Ölkə.az-a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən Həsənəliyev Zamiq Telman oğlu və Məmmədov Ramin Elyas oğlunun məhkəmə prosesinin hazırlıq iclası iyun ayının 14-də hakim Rəşad Abdulovun sədrliyi keçiriləcək.

Cinayət işində zərərçəkmiş qismində tanınmış müğənni “Şipşirin Elçin” kimi tanınan Cəfərov Elçin İspər oğlu və onun qardaşı Cəfərov İlkin İspər oğlu tanınıb.

 Qeyd edək ki, müğənni Elçin Cəfərov xalq şairi Sabir Rüstəmxanlının qızının həyat yoldaşıdır.