Azərbaycanda daha bir şou-biznes nümayəndəsi qəzaya düşüb.

Minval.info xəbər verir ki, müğənni Elton Hüseynəliyev avtomobilində sükan arxasında olarkən idarəetməni itirib. Nəticədə YPX maşınına çırpılaraq yolda dövrə vurub.

Hadisə zamanı sənətçinin yüngül xəsarət aldığı bildirilir. Lakin hər iki avtomobilə xeyli ziyan dəyib.

Qəzanın “Bibiheybət” ziyarətgahı yaxınlığında baş verdiyi söylənilir.

Xatırladaq ki, bu yaxınlarda onun həmkarı, meyxanaçı Pərviz Bülbülənin duet ortağı müğənni Türkan Vəlizadə də ağır qəzəya düşüb.

Samir Mirzə / Minval.info