Müğənni Kərim Abbasov sosial şəbəkədə təhqir olunub.

Minval.info xəbər verir ki, bu səbəbdən sənətçi onun ünvanına söyüş söyənlərdən polisə şikayət edib. Nəticədə həmin şəxslər bölməyə çağırılıb və onlar müğənnidən üzr istəyiblər.

K.Abbasov təhqir edənlərin üzr istəməsini polis rəisinin yanında çəkərək sosial şəbəkədə paylaşıb.

Lakin bu, insanlar tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, onun üzr istəyənlərin videosunu yayması tənqid edilib.

Görüntüləri izləyənlərin fikrincə, müğənni belə etməklə həmin şəxsləri mənəvi olaraq sındırıb. Bu üzdən K.Abbasovun tənqid hədəfinə tuş gəlib.

Minval.info