Goranboyda iki yeniyetmə kanalda batıb.

Minval.info APA-ya istinadən xəbər verir ki, rayonun Dəliməmmədli qəsəbəsindən keçən su kanalına girən 13-14 yaşlı iki oğlan boğulub.

Hadisə yerinə xilasedicilər cəlb olunub, yeniyetmələrin meyiti sudan çıxarılaraq, ailələrinə təhvil verilib.

Kanalda batan yeniyetmələr Dəliməmmədli qəsəbə sakinləri Vəliyev Bayram Taleh oğlu və Bayramov Məhəmməd Elçin oğludur. Onlar evdən müəllim yanına hazırlığa getmək adı ilə çıxıblar. Xoylu kəndində kanalda çimmək istəyərkən boğulublar.