Bakıda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş əməkdaşı Fariz Vahabovun qətlində şübhəlilərdən biri saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.

Saxlanılmanın detalları, eləcə də saxlanılanın kimliyi barədə məlumat verilmir.

Məlumata görə, qətlin motivi, daha əvvəl bildirildiyi kimi, biznes-maraqlarının toqquşması yox, qısqanclıq olub.

Xatırladaq ki, cinayət 20 dekabrda F. Vahabovun yaşadığı evin həyətində baş verib. Saat 19:26-da F. Vahabov öz maşınını park edərkən, naməlum şəxs ona bir neçə dəfə atəş açıb.

Xüsusi xidmət orqanının üzündən və sinəsindən iki güllə yarası alan keçmiş əməkdaşı hadisə yerində dünyasını dəyişib.