“Mançester Yunayted”dən ayrıldıqdan sonra baş məşqçi kimi fəaliyyət göstərməyən Joze Mourinyonun yeni iş yeri açıqlanıb.

Fanat.Az xəbər verir ki, bu barədə portuqaliyalı mütəxəssis özü məlumat verib. Mourinyo bildirib ki, 2019/20 mövsümündə “Sky Sports”un tərkibində şərhçi kimi fəaliyyət göstərəcək.

Portuqaliyalı məşqçi İngiltərə Premyer Liqasının oyunlarını şərh edəcək: “Premyer Liqa mənim üçün xüsusi turnirdi. Burda qazanmaq çox əziyyət tələb edir. Gözlərimizi bu turnirin oyunlarından ayırmaq mümkün deyil. “Sky Sports” Premyer Liqanın evidi. Bu komandaya qatılmaqdan məmnunam. Hər oyunda nələrin baş verdiyini başa düşməyinizə kömək edəcəm”.