Rusiyada yaşayan azərbaycanlı leykozdan əziyyət çəkən azyaşlı Aylinin müalicəsi üçün yığılan pulları dələduzluq yolu ilə ələ keçirib.

Minval.info xəbər verir ki, bu barədə pediatr Günay Rəsulova öz “Facebook” səhifəsində məlumat verib.

Atası həyatda olmadığından leykozdan əziyyət çəkən Aylin adlı körpənin müalicəsinə dəstək üçün açılan hesabdakı məbləğ özünü “Hacı” kimi qələmə verən biri tərəfindən qarət edilib.

Moskvada yaşadığını bildirən azərbaycanlı gecə saatlarında “Whatsapp”la əlaqə saxlayaraq yardım etmək niyyətində olduğunu yazıb və Aylini xaricə aparmaq üçün hesaba 50 000 AZN köçürmək fikrində olduğunu deyib.

Yazışmalarla Aylinin dayısının etibarını qazanmağı bacaran “həci” kart və hesab nömrəsi ilə bağlı bütün bilgiləri əldə edib. Hətta hesabı açan şəxsin şəxsiyyət vəsiqəsinin fotosunun şəklini atmağı istəyib.

Ailə səhər kartdan pulu götürmək üçün gedəndə ailə acı bir sürprizlə qarşılaşıb. Aylardır əziyyətlə yığılan pul, ailənin tək ümid yeri olan hesab boş! Bunu görən ailə banka müraciət edib. Aldıqları cavab onlara böyük zərbə olub. Kartdakı məbləğ “online” üsulla hansısa oyunlar üçün köçürülüb.

Onkoloji xəstə uşağın müalicəsinə yığılan pula göz dikən bu məxluqun nömrəsi budur: +79852706090

Minval.info