“Real”ın futbolçusu Luka Modriç İtaliya “İnter”inə keçməyə yaxındır.

Minval.info-nun İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə. klub prezidenti Florentina Perez də xorvatiyalı futbolçunun keçidi ilə bağlı Milan təmsilçisi ilə danışıq aparmağa razıdır. Madrid klubu Modriçin transferindən 60 milyon avro qazanmaq istəyir.

Modriçin də karyerasında dəyişiklik etmək istədiyi və buna görə də klub prezidenti Florentina Perezdən “İnter”ə keçidinə şərait yaradılmasını xahis etdiyi bilirilir.

İtaliya mətbuatı “İnter”in Modriçlə 4 illik müqavilə imzalayacağını yazıb.

Qeyd edək ki, Modriç 2012-ci ildən “Real”da çıxış edir.