İngiltərədə Braziliya və Xarvatiya milliləri arasında keçirilən oyun maraqlı hadisə ilə yadda qalıb.

Minval.İnfo xəbər verir ki, oyundan sonra Neymar “Real Madrid”-in ulduzu Luka Modriçə yaxınlaşaraq köynəyini onunki ilə dəyişib. Bu zaman ikili arasında dialoq kameralarla qeydə alınıb.

Modriç Neymarın gələcəyi haqda soruşub sonra isə “Biz səni gözləyirik” deyib.

Xatırladaq ki, Neymarın “Real Madrid” klubuna keçidi uzun müddətdir ki, dünya mediasını zəbt edib.

Minval.İnfo

Tamerlan Mehdi
Minval.İnfo