“İnstaqram”-da da olduqca məşhur olan model Katarina Zarutski Bahamalar adasında fotosessiya zamanı köpəkbalıqlarının hücumuna məruz qalıb.

Minval.info xəbər verir ki, model sevgilisi ilə getdiyi tətildə okean sualında şəkil çəkdirmək istəyib. Yerli əhalinin köpəkbalıqları ilə birlikdə üzdüyünü görən model problem yaşamayacağını düşünüb. 19 yaşlı model “İnstaqram”-da belə şəkilləri çox gördüyü üçün risk alıb.

Kürəyi üstə sulara uzanan Katarinanın qolunu köpəkbalığı dişləyib. Bu zaman sevgilisi tamaşaçı mövqeyində qalıb və hadisənin şəkillərini çəkib.

Hadisədən sonra model “Onlar vəhşi heyvandır və bu idarə edilməsi mümkün olmayan situasiyadır” sözlərini işlədib. Katarina bir çox dərman qəbul etsə də, heyvanın dişlərinin izi ömürlük onun qolunda qalacaq.

Minval.info